Oksitosin hormonu

Oksitosin hormonu uşaqlığın saya əzələ liflərinin və süd vəzisi alveollarının əhatə edən mioepitelial hüceyrələrin yığılma qabiliyyətinin stimulyasiyası ilə əlaqədardır. Oksitosin bu orqanlarda spesifik surətdə birləşmək qabiliyyətinə malikdir.

Bu birləşmə xüsusi reseptorlar vasitəsilə həyata keçirilir. Bundan əlavə böyrəklərdə və hipotalamusda da oksitosin hormonu aşkar edilmişdir.

Manqan və maqnezium ionları oksitosinin orqanizmdə müvafiq reseptorlarla birləşməsini artırır. Uşaqlıq əzələsinin oksitosin vasitəsilə stimulyasiya edilən ritmik yığılmaları doğuşun normal keçməsini təmin edir.
Davamı →

Serotonin nədir?

Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur. Yəni serotoninin çatışmazlığı səbəbəndən meydana çıxan xəstəlikləri müalicə etmək üçün antidetressantlara ehtiyac olur.

Serotonin nədir?
Serotonin bir neyrostimulyatordur.Yəni serotonin sinir hüceyrələri arasında elektrik siqnallarının daşıyıcısıdır. Serotoninin vəzifəsi bir sinir hüceyrəsindən aldığı siqnalı digər sinir hüceyrəsinə ötürməkdən və beyini çalışdırmaqdan ibarətdir.

Serotonin insanın beynində əmələ gəlir və orqanizmin müxtəlif nöqtələrinə ötürülür. Adətən mərkəzi sinir sistemində və mədə bağırsaq yollarında tapılır.Mərkəzi sinir sistemində olan serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir.
Davamı →

Xoşbəxtlik hormonunu artıran 4 üsul

Neyromediator serotonin insanın əhvalına, iştahasına və yuxusuna olduqca böyük təsir edir. Orqanizmdə serotoninin səviyyəsi azaldıqda insanda diqqətsizlik, huşsuzluq, əhvalın səbəbsiz pisləşməsi, iştahasızlıq, əsəbilik kimi pozulmalar inkişaf edir. Serotoninin azalması həmçinin depressiya, panik atak kimi ağır pozulmaların inkişafına səbəb ola bilər. Bədəndə serotoninin ifrazını artırmaq üçün sizə bu kimi sadə üsullar kömək edə bilər:

1. Bəzi məhsullar orqanizmdə serotoninin sintezini stimullaşdırır. Bu məhsullar arasında — pendir, şokolad, kakao, hindquşu əti, balıq, banan, xurma, qoz-fındıq.
Davamı →